Şəmkirdə yük maşını dərəyə aşıb, xəsarət alanlar var
Şəmkir, 11 sentyabr, AZƏRTAC
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun Yasamal adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "KamAZ" markalı yük maşını idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı sürücü və onun sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.