Sənaye Korporasiyası Çin şirkəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bakı, 8 aprel, AZƏRTAC
“Azərbaycan Sənaye Korporasiyası” ASC, “Azəralüminium” MMC və Çin Xalq Respublikasının “CHALIECO” şirkətinin nümayəndə heyəti əməkdaşlıq perspektivlərini müzakirə edib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, “CHALIECO” şirkəti alüminium zavodlarının qurulması və istehsalı üzrə layihələrin hazırlanmasında dünyanın aparıcı şirkətlərindən biridir. Şirkət bu sahə üzrə 250-dən çox beynəlxalq layihə icra edib. Görüş zamanı alüminium zavodunun istehsal gücünün artırılması, alüminium istehsalı üçün tələb olunan xammallar üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələrin birgə işlənməsi mövzusunda müzakirələr aparılıb.
Sonda fəaliyyət planı hazırlanaraq razılaşdırılıb və qeyd olunan məsələlər üzrə müəyyən məlumatların hazırlanması, yeni görüşlərin keçirilməsi qərara alınıb.
Qeyd edək ki, ölkəmizdə işgüzar səfərdə olan “CHALIECO” şirkətinin rəhbər və texniki heyəti “Azərlalüminium” MMC-nin Gəncə Alüminium Kompleksində olub, istehsal prosesinin daha da təkmilləşdirilməsi yolları barədə müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:56]
ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır
- 06.10.2026 [14:51]
Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir
- 06.10.2026 [14:48]
Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb
- 06.10.2026 [14:40]