Sənaye şəhərlərinin atmosfer havası normadadır
Bakı, 5 sentyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları sentyabrın 5-i üçün iri sənaye şəhərlərinin atmosfer havasında gözlənilən çirklənmə vəziyyətini təhlil etmişlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda tozun miqdarı 0.8-1.3 milliqram/kubmetr, Mingəçevirdə 0.5-1.0 milliqram/kubmetr olmaqla, yol verilən qatılıq həddini (0.5 milliqram/kubmetr) keçmiş, digər şəhərlərdə isə norma daxilində dəyişmişdir.
Bundan başqa, havanın əsas çirkləndiricilərindən olan kükürd və dəm qazının səviyyəsi sənaye şəhərlərində normadan az olmuşdur. Gəncə, Naxçıvan və Şirvanda atmosfer havada azot 4-oksid ümumiyyətlə qeydə alınmamışdır. His isə yalnız ölkənin paytaxtında müşahidə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]