SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ
Geniş tərkibdə görüş başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi oldu. Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Mahmud Əhmədinejad “Azərbaycan Respublikası və İran İslam Respublikası arasında energetika sahəsində əməkdaşlıq haqqında memorandum”u imzaladılar.
Sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Mənuçehr Mottəki “Azərbaycan Respublikasının Hökuməti və İran İslam Respublikasının Hökuməti arasında inkişaf yardımından istifadəyə dair icra memorandumu”nu imzaladılar.