Sentyabrın 10-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə zəif duman olacaqdır.
Temperatur gecə 16-21°, günün birinci yarısında 28-33°, günün ikinci yarısında 24-27° isti olacaqdır.
Bakıda gecə 19-21° isti, günün birinci yarısında 29-31°, günün ikinci yarısında 25-27° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 752 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70 faiz , gündüz 40-45 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22° təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı vardır.
Temperatur gecə 12-17°, gündüz 30-35° ° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər saatlarında duman olacaqdır. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecəyə doğru lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 9-14°, gündüz 19-24° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 12-17°, gündüz 26-31° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər saatlarında duman olacaqdır. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecəyə doğru lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 11-16°, gündüz 23-28° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 15-20°, gündüz 30-35° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 14-19°, gündüz 26-31°, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacaqdır.