Sentyabrın 12-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 16-20°, gündüz 23-26° isti olacaqdır.
Bakıda gecə 18-20° isti, gündüz 23-25° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22° təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 13-18°, gündüz 27-32° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağış yağacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 8-13°, gündüz 16-21° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən gecə və axşam saatlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Temperatur gecə 12-17°, gündüz 22-27° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 9-14°, gündüz 20-25° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən gecə və axşam saatlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Temperatur gecə 14-19°, gündüz 23-28° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 15-19°, gündüz 22-27°, dağlarda gecə 9-14°, gündüz 17-22° isti olacağı gözlənilir.