Sentyabrın 13-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
sentyabrın 12-dən 13-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 15-20°, gündüz 22-27° isti olacaqdır.
Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi norma daxilində 762 millimetr civə sütununa bərabər, nisbi rütubət gecə 60-70 faiz , gündüz 45-55 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22° təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 13-17°, gündüz 29-34° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-13°, gündüz 16-21° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir
Temperatur gecə 14-19°, gündüz 24-290 isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 10-15°, gündüz 21-260 isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 15-20°, gündüz 24-29° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.
Temperatur gecə 15-20°, gündüz 23-28°, dağlarda gecə 9-14°, gündüz 16-21° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraiti və meteoroloji amillərin əsasən normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.