Sentyabrın 15-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, yağmursuz keçəcəkdir.
Temperatur gecə 15-20°, gündüz 25-30° isti olacaqdır.
Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 760 millimetr civə sütununadək enəcək, nisbi rütubət gecə 55-65 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 20-21° təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 14-19°, gündüz 30-35° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 8-13°, gündüz 18-23° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 15-20°, gündüz 26-31° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 11-16°, gündüz 23-28° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 15-20°, gündüz 28-33° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 16-20°, gündüz 26-31°, dağlarda gecə 11-15°, gündüz 18-23° isti olacaqdır.