Sentyabrın 16-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 16-21°, gündüz 25-30° isti olacaqdır.
Bakıda gecə 18-20° isti, gündüz 27-29° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 760 millimetr civə sütununa bərabər, nisbi rütubət gecə 75-85 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22° təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 14-19°, gündüz 27-32° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 8-13°, gündüz 15-20° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-
Füzuli-Cəbrayıl rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 14-19°, gündüz 23-28° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-
Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-
Qusar-Xaçmaz rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 12-17°, gündüz 20-25° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir,
İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 15-20°, gündüz 25-30° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və
Yardımlı rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 15-20°, gündüz 23-28°, dağlarda gecə 11-14°, gündüz 17-22° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əsasən əlverişli hava şəraiti sayıla bilər.