Sentyabrın 18-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 16-21°, gündüz 23-28° isti olacaqdır.
Bakıda gecə 19-21°, gündüz 25-27° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 763 millimetr civə sütununadək yüksələcək, nisbi rütubət gecə 70-75 faiz, gündüz 45-55 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 14-19°, gündüz 25-30° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 8-13° isti, gündüz 14-19° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 15-20° isti, gündüz 23-28° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 10-15°, gündüz 20-25° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 15-20°, gündüz 24-29° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 16-21°, gündüz 24-29° isti, dağlarda gecə 10-15° , gündüz 18-23° isti olacaqdır.