Sentyabrın 19-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 16-20°, gündüz 23-27° isti olacaqdır.
Bakıda gecə 19-21°, gündüz 25-27° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 763 millimetr civə sütununadək yüksələcək, nisbi rütubət gecə 70-75 faiz, gündüz 45-55 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 11-16°, gündüz 24-29° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 8-13° isti, gündüz 15-20° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 13-18° isti, gündüz 23-28° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı- Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam leysan xarakterli intensiv olacaqdırr.
Temperatur gecə 10-15°, gündüz 20-25° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 15-20°, gündüz 24-29° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
Arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.
Temperatur gecə 17-20°, gündüz 23-28° isti, dağlarda gecə 7-12°, gündüz 17-22° isti olacaqdır.