Sentyabrın 20-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın buludlu olacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 15-20°, gündüz 23-27° isti olacaqdır.
Bakıda gecə 17-19°, gündüz 24-26° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 764 millimetr civə sütununa bərabər, nisbi rütubət 65-75 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 13-18°, gündüz 29-34° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 7-12°, gündüz 14-19° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 13-18° isti, gündüz 22-27° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 10-15°, gündüz 17-22° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 14-19° , gündüz 23-28° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakteli güclü olacağı ehtimalı vardır.
Temperatur gecə 15-20°, gündüz 23-28° isti, dağlarda gecə 8-13° , gündüz 17-22° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim dəyişikliyi əksər meteohəssas insanlar üçün nisbətən əlverişlidir.