Sentyabrın 21-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 15-20°, gündüz 22-27° isti olacaqdır.
Bakıda gecə 17-19° , gündüz 24-26° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 762 millimetr civə sütununadək enəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 45-55 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 13-18°, gündüz 28-33° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər duman olacaqdır.
Temperatur gecə 7-12°, gündüz 15-20° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-
Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 14-18°, gündüz 22-27° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ,
İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaqdır. Lakin gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 10-15°, gündüz 18-23° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli,
Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul,
Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 14-19°, gündüz 24-29° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı
rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 15-20°, gündüz 23-28°, dağlarda gecə 8-13°, gündüz 17-22° isti olacaqdır.