Sentyabrın 24-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcəkdir.
Temperatur gecə 15-20°, gündüz 24-29° isti olacaqdır.
Bakıda gecə 17-19° isti, gündüz 26-28° isti olacaqdır.
Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcəkdir.
Nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 12-17°, gündüz 25-30° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər duman, çiskin olacaqdır. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 7-12°, gündüz 13-18° isti təşkil edəcəyi gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 13-17°, gündüz 23-27 dərəcə isti olacaqdır.
Balakən-Zaqatala-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər duman olacaqdır. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 10-14°, gündüz 19-24 dərəcə isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər duman, çiskin olacaqdır.
Temperaturun gecə 14-19°, gündüz 25-30° isti təşkil edəcəyi gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır
Temperaturun gecə 14-19°, gündüz 24-29°, dağlarda gecə 8-13°, gündüz 17-22° isti olacağı gözlənilir.
Xəbərdarlıq
Sentyabrın 24-ü axşam qərb rayonlarından başlayaraq 28-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Temperatur ötən günlərlə müqayisədə tədricən 3-6° aşağı enəcəkdir. Şimal-qərb küləyi 25-i və 26-da arabir güclənəcəkdir. Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.