Sentyabrın 25-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 15-20°, gündüz 22-27° isti olacağı gözlənilir.
Bakıda gecə 18-20° isti, gündüz 24-26° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 763 mm civə sütununadək yüksələcək, nisbi rütubət gecə 60-70 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, gündüz yağış yağacağı gözlənilir.
Temperatur gecə 12-17°, gündüz 25-30° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 5-10°, gündüz 14-19° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.
Temperatur gecə 13-17°, gündüz 22-270 isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 11-15°, gündüz 19-240 isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 15-20°, gündüz 25-30° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı
gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 15-20°, gündüz 24-29°, dağlarda gecə 10-14°,
gündüz 17-22° isti olacağı gözlənilir.