Sentyabrın 26-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 15-19°, gündüz 21-26° isti olacağı gözlənilir.
Bakıda gecə 17-19° isti, gündüz 23-25° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 769 mm civə sütununadək yüksələcək, nisbi rütubət gecə 70-80 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 13-18°, gündüz 21-26° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 6-11°, gündüz 13-18° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.
Temperatur gecə 13-18°, gündüz 20-250 isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 9-14°, gündüz 17-220 isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 15-20°, gündüz 22-27° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli, güclü olacağı ehtimalı vardır.
Temperatur gecə 15-19°, gündüz 22-27°, dağlarda gecə 7-12°,
gündüz 16-21° isti olacağı gözlənilir.