Sentyabrın 28-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 14-19°, gündüz 22-26° isti olacaqdır.
Bakıda gecə 16-18°, gündüz 24-26° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi gecə 765 millimetr civə sütununa bərabər, nisbi rütubət gecə 65-75 faiz, gündüz 50-60 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur 10-15°, gündüz 23-28° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 6-11°, gündüz 13-18° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 11-16°, gündüz 23-280 isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 7-12°, gündüz 18-230 isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 13-18°, gündüz 23-28° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 14-17°, gündüz 22-27°, dağlarda gecə 6-11°, gündüz 16-21° isti olacaqdır.