Sentyabrın 29-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.
Temperatur gecə 14-19°, gündüz 22-26° isti olacaqdır.
Bakıda gecə 16-18°, gündüz 24-26° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi gecə 764 millimetr civə sütunundan 758 millimetr civə sütununa düşəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 50-60 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur 10-15°, gündüz 23-28° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 6-11°, gündüz 20-25° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 10-15°, gündüz 23-280 isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 8-13°, gündüz 19-240 isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 13-18°, gündüz 25-30° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 14-18°, gündüz 23-28°, dağlarda gecə 6-11°, gündüz 16-21° isti olacaqdır.
Xəbərdarlıq
Sentyabrın 29-30-da cənub-qərb, qərb küləyinin 15-20 metr/saniyə, dağlıq və dağətəyi rayonlarda arabir 23-28 metr/saniyəyədək güclənəcəyi gözlənilir.