Sentyabrın 6-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə qısamüddətli yağış yağacaqdır.
Temperatur gecə 15-20°, gündüz 22-26° isti olacaqdır.
Bakıda gecə 18-20° , gündüz 24-26° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 762 millimetr civə sütununa bərabər, nisbi rütubət 70-80 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 14-19°, gündüz 25-29° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 8-13°, gündüz 15-20° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 14-19°, gündüz 22-270 isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 11-16°, gündüz 21-260 isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 15-20°, gündüz 22-27° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 16-20°, gündüz 23-28°, dağlarda gecə 9-14°, gündüz 17-22° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gün ərzində Abşeron yarımadasında sərin hava şəraiti əksər meteohəssas insanlar üçün əlverişli olsa da, sentyabrın 6-da güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.