Sentyabrın 8-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 15-19°, gündüz 25-30° isti olacaqdır.
Bakıda gecə 16-18° isti, gündüz 26-28° isti təşkil edəcəkdir. Atmosfer təzyiqi normadan aşağı, 758 millimetr civə sütunundan 755 millimetr civə sütununadək aşağı düşəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 55-60 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22° təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 13-18°, gündüz 29-34° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 6-11°, gündüz 15-20° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-
Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 12-17°, gündüz 24-29° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-
Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-
Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 9-14°, gündüz 21-26° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir,
İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 13-18°, gündüz 26-31° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı
rayonlarında
bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 15-19°, gündüz 24-29°, dağlarda gecə 7-12°, gündüz 17-22° isti olacaqdır.