Sentyabrın 9-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava buludlu, yağmursuz keçəcəkdir.
Temperatur gecə 14-19°, gündüz 28-33° isti olacaqdır.
Bakıda gecə 17-19° isti, gündüz 29-31° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan aşağı 758 millimetr civə sütunundan 754 millimetr civə sütununadək aşağı düşəcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22° təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 12-17°, gündüz 29-34° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 9-14°, gündüz 20-25° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi- Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 12-17°, gündüz 27-32° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 10-15°, gündüz 24-29° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 15-20°, gündüz 28-33° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 17-20°, gündüz 27-32°, dağlarda gecə 10-15°, gündüz 21-26° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin normadan aşağı olması və gilavar küləyinin üstünlüyü, sentyabrın 10-da isə atmosfer təzyiqinin kəskin yüksəlməsi və günün ikinci yarısından xəzri küləyinin güclənməsi əksər meteohəssas insanlar üçün əlverişsizdir.