Sərbəst güləşçimiz Hacı Əliyev dünya çempionatının yarımfinalına yüksəlib
Bakı, 17 sentyabr, AZƏRTAC
Sərbəst güləşçimiz Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
AZƏRTAC xəbər verir ki, yarışda 65 kiloqram çəki dərəcəsində mübarizə aparan üçqat dünya və üçqat Avropa çempionumuz argentinalı Aqustin Destribats və Özbəkistan idmançısı Abbos Rahmonova qalib gəlib.
Güləşçimiz İslam Bazarqanov (61 kq) səkkizdəbir finalda Reza Ahmadali Atreqanarçiyə (İran) uduzub.
Millimizin üzvü Maqomedxan Maqomedov (97 kq) Erik Tilyeni (Almaniya) məğlub edərək dörddəbir finala vəsiqə qazanıb.
Bu gün, həmçinin güləşçimiz Osman Nurməhəmmədov (92 kq) bürünc medal uğrunda qarşılaşmada Yuşanq Bi (Çin) - Radoslav Martsinkeviç (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]