Serbiya silah-sursat ixracını dayandırıb
Belqrad, 23 iyun, AZƏRTAC
Serbiyadan silah-sursat ixracı tamamilə dayandırılıb.
AZƏRTAC xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının geniş iclasında bildirib.
O qeyd edib ki, hazırda istehsal olunan silah-sursat kazarmalara və ehtiyat anbarlara yığılır. Prezident yeni doktrinaya görə, Serbiya Ordusunun müqayisə edilməyəcək dərəcədə güclü olacağını bildirib: “Rəqəmsal hərbi platformanın formalaşdırılması ilə bağlı qərar qəbul edilib. Bu proqramın həyata keçirilməsi 4-5 il çəkəcək. Ordunun modernləşdirilməsi baxımından ötən 10 ildə, xüsusən də son bir ildə çox iş görülüb. Bizim tezliklə güclü pilotsuz uçuş aparatlarımız olacaq”.
Aleksandar Vuçiç sentyabrın 19-da və ya 20-də Serbiya Ordusunun paradının təşkil ediləcəyini deyib. Bildirib ki, parada azı 10 min əsgər qatılacaq və bu, ölkə tarixində ən böyük parad olacaq.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:39]
Fransada dövlət sektorunda ümummilli tətil keçirilir
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]