Azərbaycan Dövlət İnformasiya Agentliyi

Serbiyanın televiziya kanalında 28 May – Respublika Gününə həsr olunan veriliş yayımlanıb VİDEO

Belqrad, 3 iyun, AZƏRTAC

Serbiyanın “Studio B” televiziya kanalında təqribən bir saat yarım canlı yayımlanan “Beograde dobro vece” (Belqrad axşamın xeyir) proqramı bütövlükdə Azərbaycanın milli bayramı - 28 May - Respublika Gününə həsr olunub.

Verilişə dəvət olunmuş Azərbaycanın Serbiyadakı səfirliyinin müşaviri Azad Paşayev müsəlman Şərqində ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından, qədim tarix və dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı üçün bu respublikanın əhəmiyyətindən, burada hətta bir sıra Avropa dövlətlərindən daha əvvəl qadınlara seçki hüququnun verilməsindən bəhs edib. O, Azərbaycan xalqının uzun illər apardığı milli azadlıq mübarizəsi nəticəsində 1991-ci il oktyabrın 18-də “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsi ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi barədə məlumat verib və indiki dünyəvi, demokratik və hüquqi Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu vurğulayıb. A.Paşayev müstəqilliyin ilk illərində xeyli çətinliklərlə üzləşməsinə baxmayaraq Azərbaycan Respublikasının ötən 25 il ərzində bir çox sahələrdə uğurlara imza atdığını, Azərbaycan xalqının ümummilli lideri, böyük siyasi təcrübəyə malik görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi məqsədyönlü və uzaqgörən siyasət, o cümlədən ölkəmizdə həyata keçirilən demokratik islahatlar, irimiqyaslı enerji və nəqliyyat dəhlizi layihələri nəticəsində Azərbaycanın dünyanın ən dinamik şəkildə inkişaf edən ölkələrindən birinə çevrildiyini və etibarlı tərəfdaş kimi tanındığını qeyd edib, bu siyasi kurs və inkişaf prosesinin hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Məhz bu siyasətin əməli nəticəsi olaraq bu gün ölkəmizdə energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, infrastruktur, elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə əhəmiyyətli uğurların əldə edildiyi və Azərbaycanın qısa müddət ərzində dünyanın müxtəlif ölkələrinə sərmayə yatıran dövlətə çevrildiyi bildirilib.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyi qeyd olunaraq tarixi İpək Yolu üzərində yerləşən Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanındığı, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun bu ilin aprel ayında Bakı şəhərində keçirilməsinin də dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsi olduğu vurğulanıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən əzəli və əbədi Azərbaycan torpağı olan ərazilərimizin - Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonumuzun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və bu münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi barədə məlumat verilərək münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının işğalı pisləyən və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması haqqında qəbul etdiyi dörd qətnamənin hələ də yerinə yetirilmədiyi, Ermənistan tərəfinin digər beynəlxalq təşkilatların da münaqişə ilə bağlı qəbul etdikləri qətnamə və sənədlərə məhəl qoymadığı, lakin bütün bunlara baxmayaraq Azərbaycan dövlətinin münaqişənin beynəlxalq hüququn ümumtanınmış norma və prinsipləri əsasında - ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunacağına inandığı bildirilib.

Verilişdə, həmçinin Azərbaycanla Serbiya arasında münasibətlərə toxunularaq bu münasibətlərin hazırda strateji tərəfdaşlıq səviyyəsində olduğu, hələ ikinci Dünya Müharibəsi dövründə serblər ilə azərbaycanlıların antifaşist mübarizəsində birgə əməkdaşlıq etdikləri, Yuqoslaviya partizan dəstələrində kifayət qədər azərbaycanlının olduğu, 1944-cü ilin oktyabr ayında Belqradın, eləcə də Serbiyanın digər ərazilərinin faşist işğalından azad olunmasında əsasən azərbaycanlılardan təşkil olunmuş Qırmızı bayraqlı 223-cü Belqrad diviziyasının xüsusi rol oynadığı, son illərdə Azərbaycan və Serbiya arasında bütün istiqamətlərdə - siyasi, iqtisadi, mədəniyyət və humanitar sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyi, iki ölkənin liderləri də daxil olmaqla müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfəsini verdiyi bildirilib.

Verilişin ikinci hissəsində Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Zərifə Əlizadə, direktor müavini Lalə Məcidova və qurumun üzvü Nərgiz Məmmədova Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyinin dəstəyi ilə bu mərkəz tərəfindən həyata keçirilmiş layihələr, o cümlədən Azərbaycanın zəngin mədəniyyəti və musiqisinin, qədim tarixinin dost Serbiyada təbliğ olunması istiqamətində görülmüş işlər, təşkil olunmuş müxtəlif sərgi və konsertlər, mərkəzin bilavasitə təşəbbüs və təşkilatçılığı ilə Azərbaycanın görkəmli alim və ədiblərinin əsərlərinin serb dilinə, eləcə də Azərbaycan oxucularının tanışlığı üçün mərkəzin təşəbbüsü ilə görkəmli serb ədiblərinin əsərlərinin Azərbaycan dilinə tərcümə edildiyi və bu əsərlərin nəşr edilərək Serbiyanın və Azərbaycanın müxtəlif dövlət qurumlarına, elmi mərkəzlərinə, təhsil ocaqlarına göndərildiyi barədə məlumat veriblər. Azərbaycanda qadınların cəmiyyətdəki mühüm rolundan bəhs edilərək Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın buna bariz nümunə olduğu qeyd edilib və Serbiya da daxil olmaqla Azərbaycanın müxtəlif ölkələrdə həyata keçirdiyi humanitar layihələrin əksəriyyətinin məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə yerinə yetirildiyi bildirilib.

Veriliş zamanı tanınmış serb şairə Militsa Yeftimiyeviç Liliç tamaşaçıları Azərbaycan dilində salamlayaraq, 2015-ci ildə Bakıda keçirilmiş I Beynəlxalq Bakı Poeziya Festivalında iştirak etdiyi barədə məlumat verib, Azərbaycana səfəri çərçivəsində müşahidə etdiyi sürətli inkişaf və uğurlardan, qədimlik və müasirliyin vəhdətindən heyran qaldığını bildirib, Bakıya həsr etdiyi şerini səsləndirib, eyni zamanda, iki ölkənin yazıçılar birlikləri arasında qurulmuş yüksək səviyyəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Veriliş boyu Serbiyada yaşayan həmvətənlimiz, aşpaz Anar Hüseynov tamaşaçılara milli mətbəximizin nümunələrindən olan “Şah plov”, “Kükü” və “Badımcan dolması”nın hazırlanma üsullarını nümayiş etdirib, serb müğənni İvana Muncanın rəhbərlik etdiyi NİT qrupu “Sarı gəlin” və “Laçın” Azərbaycan xalq mahnılarını canlı ifa edib, eyni zamanda, ölkəmizin uğurlarının, zəngin mədəniyyətinin, turizm potensialının və multikultural mühitinin nümayiş olunduğu videoçarxlar göstərilib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Serbiyanın televiziya kanalında 28 May – Respublika Gününə həsr olunan veriliş yayımlanıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub