Serdar Ünsal: Xocalı soyqırımını unutmadıq və unudulmağa da imkan verməyəcəyik
Ankara, 24 fevral, AZƏRTAC
Biz Xocalı soyqırımını unutmadıq və unudulmasına da imkan verməyəcəyik. Qanlı faciədən 34 il keçməsinə baxmayaraq, dünya ictimaiyyəti Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlərə hələ də lazımi hüquqi-siyasi qiymət verməyib. Bu isə ikili standartların və mövcud dünya nizamındakı böhranın göstəricisidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyə–Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının (TADDEF) sədr müavini Serdar Ünsal səsləndirib. Onun sözlərinə görə, 26 fevral Azərbaycan tarixinin və bütövlükdə Türk dünyasının ən ağrılı səhifələrindən biridir, bəşəriyyətin vicdanında qara ləkədir.
“34 il əvvəl Xocalıda insanlıq tapdalandı”, – deyə o vurğulayıb. Ünsal qeyd edib ki, soyqırımı aktlarının görməzliyə vurulması və beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymətin verilməməsi yeni dəhşətli cinayətlər üçün zəmin yaradır.
S.Ünsal bildirib ki, İğdır və Türkiyənin şərq vilayətlərinin sakinləri erməni silahlı dəstələrinin vəhşiliklərinin canlı şahididirlər.
TADDEF sədrinin müavini 1915–1920-ci illərdə Şərqi Anadoluda erməni quldur dəstələri tərəfindən törədilmiş qanlı cinayətləri də xatırladıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]