Serik Jumanqarin: Qazaxıstan 20 milyon ton neftini BTC ilə ixrac edəcək
Bakı, 7 aprel AZƏRTAC
Enerji sahəsində Qazaxıstan ilə Azərbaycan arasında əməkdaşılıq əlaqələri yüksələn xətlə inkişaf edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstanın ticarət və inteqrasiya naziri Jumanqarin Serik Makaşeviç Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 19-cu iclasının sonunda jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, Qazaxıstan 20 milyon ton neftini Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri ilə ixrac etməyi qarşısına məqsəd qoyub.
Azərbaycanın SOCAR ilə Qazaxıstanın “KazMunayQaz” şirkətləri arasında imzalanmış sazişə əsasən, Qazaxıstan perspektivdə 1,5 milyon ton neftini tranzit üçün nəzərdə tutub. Onun sözlərinə görə, cari ilin mart ayı ərzində BTC marşrutu ilə 20 min ton tranzit daşıma həyata keçirilib. Aprel ayı ərzində isə BTC ilə 125 min ton tranzit daşıma nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:56]
ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır
- 06.10.2026 [14:51]
Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir
- 06.10.2026 [14:48]