Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan vergiödəyicilərinin qarşılaşdıqları çətinliklər müzakirə olunub
Bakı, 7 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklər və təkliflərin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.
DVX-dən AZƏRTAC-a verilən məlumata görə, növbəti görüş xidmətin Vergi siyasəti baş idarəsi və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan aparıcı vergiödəyicilərinin nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib. Görüşdə sahə üzrə fəaliyyət göstərən vergiödəyicilərinin qarşılaşdıqları çətinliklər və onların həlli istiqamətində təkliflər müzakirə edilib, nağdsız hesablaşmaların aparılması və qanunvericilikdə mövcud olan vergitutma mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə səsləndirilən məsələlərlə bağlı müvafiq izahatlar verilib, iştirakçıların sualları cavablandırılıb. Sahibkarlar tərəfindən verilən təkliflərin diqqətdə saxlanılacağı və dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:56]
ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır
- 06.10.2026 [14:51]
Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir
- 06.10.2026 [14:48]
Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb
- 06.10.2026 [14:40]