Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərur rayonunun Dizə kəndində quruculuq işləri aparılıb

Dizə kənd məktəbi müasir binada fəaliyyət göstərəcək

Şərur, 22 noyabr, AZƏRTAC 

Noyabrın 22-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Dizə kənd tam orta məktəbinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışında iştirak edib.

Məktəbin direktoru Cəmilə Məmmədova çıxış edərək deyib ki, bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrində, eləcə də Şərur rayonunda müasir təhsil infrastrukturu yaradılıb. Dizə kənd məktəbinin yenidən qurulması da bu sahədə görülən işlərin tərkib hissəsidir. Yaradılan şərait pedaqoji kollektiv üzərinə daha böyük vəzifələr qoyur, gənclərin hərtərəfli təhsil almasına imkan verir. Cəmilə Məmmədova yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dizə kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: “Ölkəmizdə həyata keçirilən tədbirlər sırasında təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilir, təhsilli, vətənpərvər, ixtisaslı və peşə hazırlığına malik olan gənclərin yetişdirilməsi diqqət mərkəzində saxlanılır. Çünki təhsilə qoyulan sərmayə ölkəmizin gələcəyinə qoyulan sərmayədir”.

Ümummilli liderimiz Heydər Əliyevin “Təhsil milli məqsədlər, mənafelər əsasında qurulmalıdır” fikrini xatırladan Ali Məclisin Sədri deyib: “Vətənpərvər və təhsilli gənc həm ölkə, həm də cəmiyyət üçün faydalıdır. Ona görə də gənclərin vətənpərvər böyüdülməsi, onların peşə sahibi olması vacib məsələdir. Bu gün məktəblərdə təhsil alan hər bir gənc vətənpərvər böyüdülməli, onlara ölkəmizin gələcək təminatçıları kimi yanaşılmalı, hər bir gəncin bacarıq və maraqlarına uyğun ixtisaslara yönəldilməsi diqqət mərkəzində saxlanılmalıdır”.

Qeyd olunub ki, ölkəmizdə bu tədbirlərin həyata keçirilməsi üçün hər cür şərait yaradılıb, orta, peşə, orta ixtisas və ali təhsil pillələri üzrə tədrisin təşkili təmin olunub. Bu imkanlardan lazımınca yararlanan, daha yaxşı bilik alan gənclər xarici ölkələrdə ali təhsil almağa göndərilirlər. Yaradılan bu şərait və göstərilən qayğı müəllim və şagirdlər qarşısında mühüm vəzifələr qoyur. Müəllimlər ölkəmizin gələcəyini hazırlamaq kimi mühüm bir vəzifənin məsuliyyətini dərk etməli, gənclərimiz isə ölkəmizin gələcək təminatçıları kimi yetişməlidir.

Ali Məclisin Sədri deyib: “Bu gün Dizə kənd tam orta məktəbində lazımi şərait yaradılmış, məktəb müasir təhsil sisteminin tələbləri səviyyəsində qurulmuş, zəruri tədris avadanlıqları ilə təmin olunmuşdur. Bütün bunlar da qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir. Ötən tədris ilində məktəbin qazandığı nailiyyətlər tədrisin düzgün qurulması nəticəsində mümkün olmuşdur. Nizam-intizam, müəllim tələbkarlığı və şagird çalışqanlığı gələcəkdə Dizə kənd tam orta məktəbini muxtar respublikanın nümunəvi ümumtəhsil məktəblərindən birinə çevirəcəkdir”.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkürünü bildirib, onlara təhsildə uğurlar arzulayıb.

Açılışı bildirən lent kəsilib, məktəb binasına baxış olub.

Bildirilib ki, 234 şagird yerlik məktəbdə geniş sinif otaqları, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompyuter, şahmat, müəllimlər otaqları, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları var.

Məktəbin zəngin fonda malik olan kitabxanası şagirdlərin elmin sirlərinə dərindən bələd olmalarına geniş imkanlar açır. Kitabxanada 4700-ə yaxın dərslik və bədii ədəbiyyat var. Baxış zamanı şagirdlərin dünyagörüşünün formalaşmasında bədii ədəbiyyatlardan mütaliənin əhəmiyyəti qeyd olunub.

Məktəbdə informasiya texnologiyaları ilə təminata xüsusi diqqət yetirilib. Kompyuter otağında 19 kompyuter dəsti quraşdırılıb və onların internetə çıxışı təmin edilib. Dərslərin müasir metodlar əsasında təşkili üçün 3 sinif otağında elektron lövhə quraşdırılıb. Bu cür müasir tədris avadanlıqlarının tətbiqi Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələrin yaradılmasına, şagirdlərin biliklərinin və milli mənəvi irsimizə marağının artırılmasına imkan verir.

Ali Məclisin Sədri muxtar respublikanın 176 ümumtəhsil məktəbi ilə Hüseyn Cavidin Ev Muzeyi arasında videobağlantı vasitəsilə keçirilən dərsi izləyib.

Kimya-biologiya və fizika laboratoriyalarında lazımi cihazlar, tədris vəsaitləri qoyulub, təcrübi məşğələlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Bütün bunlar şagirdlərin biliklərinin təcrübə yolu ilə möhkəmləndirilməsinə və intellektual səviyyələrinin artırılmasına öz töhfəsini verəcək.

2013-2014-cü dərs ilində məktəbi bitirən məzunlardan 5-i ali məktəblərə, 1-i IX sinif bazasından orta ixtisas məktəbinə, 2 şagird isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub.

Muxtar respublikada gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, onların idmana olan marağının artırılması, eləcə də asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Bu işə ümumtəhsil məktəblərində də xüsusi diqqət yetirilir. Dizə kənd tam orta məktəbinin idman zalındakı şərait, həmçinin açıq idman qurğuları bədən tərbiyəsi dərslərinin yüksək səviyyədə tədrisinə imkan verəcək. Hər cür təchizata malik olan hərbi kabinədə isə şagirdlər ilkin hərbi biliklərə yiyələnəcəklər.

Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib: “Dizə kənd orta məktəbi müasir tədrisin tələbləri səviyyəsində qurulmuşdur. Ona görə də müəllimlər özləri də bu tədris vəsaitlərini öyrənməlidirlər ki, şagirdlərə də öyrədə bilsinlər. Vətənpərvər və təhsilli olan gənc hansı sahədə çalışmasından asılı olmayaraq ölkəmizə sədaqətlə xidmət edəcəkdir”.

Məktəbin müəllimi Rüxsarə Əliyeva minnətdarlıq edərək deyib ki, istifadəyə verilən hər bir müasir məktəb binası Vətənimizə, xalqımıza xidmətin daha bir ifadəsidir. Hər bir ölkənin inkişafı ilk növbədə onun təhsilinin səviyyəsi ilə ölçülür. Bu gün muxtar respublikamızda təhsilin hərtərəfli inkişafı üçün kompleks işlər görülür, hər cür maddi-texniki bazaya malik məktəb binaları tikilib istifadəyə verilir. Müəllimlər yaradılan bu şəraitə öz səmərəli fəaliyyətləri ilə cavab verəcək, təhsilli və vətənpərvər gənclər yetişdirəcəklər.

Məktəb binasının həyətində də geniş abadlıq işləri aparılıb, işıqlandırma sistemi quraşdırılıb, ağac və gül kolları əkilib.

Dizə kənd mərkəzi istifadəyə verilib

Dizə kəndində tikilən yeni kənd mərkəzi ayrı-ayrı dövlət strukturlarının vahid mərkəzdə fəaliyyətinə şərait yaradacaq. Artıq dövlət qurumları tərəfindən kənd sakinlərinə daha səmərəli xidmət göstəriləcək.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzinin açılışını edib, binada yaradılan şəraitlə tanış olub.

İki mərtəbədən ibarət olan kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, kitabxana, baytarlıq və polis sahə məntəqələri, kənd mədəniyyət evi, klub və 70 yerlik tədbirlər zalı yerləşir. Özünəməxsus üslubda tikilən binanın işıqlı foyesi, geniş və yaraşıqlı iş otaqları var. Tədbirlər zalında ictimai-mədəni tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb.

Binada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik və kənd bələdiyyəsinin fəaliyyəti üçün hər cür şərait var. Rabitə evində quraşdırılan yeni nəsil ATS və poçt şöbəsi əhaliyə müvafiq xidmət göstərəcək.

Yeni Azərbaycan Partiyası Dizə kənd ərazi ilk təşkilatı üçün də ayrıca iş otağı ayrılıb. Baxış zamanı qeyd olunub ki, ərazi ilk təşkilatının 167 üzvü var. Onlardan 37-si qadın, 39-u isə gənclərdir.

Mərkəzin birinci mərtəbəsində yerləşən zəngin kitabxanada 5705 kitab var. Onlardan 1106-sı latın, 4599-u kiril əlifbası ilə çap olunmuş bədii ədəbiyyatlardır. Binada baytarlıq və polis sahə məntəqələri üçün də nümunəvi iş şəraiti yaradılıb.

Dizə kəndində xəstəxana tipli yeni

həkim ambulatoriyası tikilib

Muxtar respublikada səhiyyə sahəsində aparılan quruculuq tədbirləri əhalinin sağlamlığının qorunmasına xidmət edir. Son illər kəndlərdə digər sosial obyektlərlə yanaşı, müasir tibb ocaqlarının da istifadəyə verilməsi sakinlərə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinə şərait yaradıb.

Noyabrın 22-də Dizə kəndində həkim ambulatoriyasının açılışı olub.

Ali Məclisin Sədri ambulatoriyada yaradılan şərait və əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti ilə maraqlanıb.

İkimərtəbəli ambulatoriya binası 11 otaqdan ibarətdir. Burada qeydiyyat, stomatoloji kabinə, peyvənd, doğuş, müayinə, mama, palata və manipulyasiya otaqları, aptek var. Otaqların hər birinin təyinatına uyğun müasir avadanlıqlarla təchiz olunması tibbi xidmətin nümunəvi təşkilinə imkan verəcək. Hazırda ambulatoriyada 7 nəfər çalışır.

Ali Məclisin Sədri uşaqların dispanserizasiyasının təşkilinin əhəmiyyətini vurğulayıb, gigiyenik qaydalara əməl olunması və profilaktik tədbirlərin vaxtlı-vaxtında aparılması barədə tapşırıqlar verib.

Xidmət mərkəzində nümunəvi şərait yaradılıb

Həmin gün Dizə kəndində yeni xidmət mərkəzinin də açılışı olub.

Xidmət mərkəzində yaradılan şəraitlə maraqlanan Ali Məclisin Sədrinə məlumat verilib ki, mərkəzdə ərzaq və təsərrüfat malları mağazaları, ət satışı yeri, bərbərxana və qadın gözəllik salonu fəaliyyət göstərir. Mərkəzdə 5 nəfər işlə təmin olunub.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri deyib ki, aparılan quruculuq işləri nəticəsində Dizə kəndi də muxtar respublikanın abad kənd yaşayış məntəqələrinin sırasına qoşulub. Bu gün kənd sakinlərinin bütün sosial problemləri həll olunub. Həyata keçirilən tədbirlər kənddə uşaqların yaxşı təhsil almasına, sakinlərin sağlamlığının qorunmasına, dövlət qurumlarının səmərəli fəaliyyətinə imkan verəcək. Həmçinin kənddə elektrik enerjisinin və təbii qazın davamlı olması üçün tədbirlər görülüb, kənd yolu müasir tələblər səviyyəsində yenidən qurulub, içməli su xətti çəkilib. Bütün bunlar dövlətimizin vətəndaşlarına göstərdiyi qayğının daha bir nümunəsidir. Sakinlər də bu yaradılanlardan, qurulanlardan səmərəli istifadə etməli, onların qorunub saxlanmasında fəallıq göstərməlidirlər.

Kənd sakini Suliddin Fərəcov qeyd edib ki, son illər Dizə kəndində geniş quruculuq işləri aparılıb. Kənd körpüsü yenidən qurulub, sosial qayğıya ehtiyacı olan ailələr üçün fərdi evlər tikilib, nasos stansiyası istifadəyə verilib. Aparılan quruculuq işlərinin davamı olaraq bu gün kənddə yeni sosial obyektlər istifadəyə verilir. Görülən bu işlər ölkəmizdə ümummilli lider Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir. Suliddin Fərəcov yaradılan şəraitə görə kənd sakinləri adından minnətdarlıq edib, qurulanlardan, yaradılanlardan səmərəli istifadə edəcəklərinə söz verib.

x x x

Aparılan tikinti-quruculuq işləri çərçivəsində 2 kilometrlik kənddaxili yola yeni asfalt örtük salınıb, 28 su keçidi, 530 metr uzunluğunda beton kanal tikilib, yolun kənarları boyunca hasarlar çəkilib. Həmçinin kəndin rabitə sistemi də müasirləşdirilib, 1 kilometr fiber-optik, 2 kilometr yeraltı və 9 kilometrdən artıq yerüstü kabellər çəkilib. Kəndin elektrik təchizatı da yaxşılaşdırılıb, 5 min metr uzunluğunda elektrik xətti yenilənib, 250 kilovoltamper gücündə transformator yarımstansiyası əsaslı təmir olunub. Bununla yanaşı, 350 metr uzunluğunda müxtəlif diametrli qaz xəttinin yeri dəyişdirilib, yeni tikililərə 270 metr uzunluğunda qaz xətti çəkilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb