Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərur rayonunun Kürkəndində kompleks quruculuq işləri aparılıb

Naxçıvan, 17 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Ölkəmizin inkişafı hərtərəflidir. Hər bir bölgə inkişaf edir, hər bir bölgədə insanların yaşayışı üçün lazım olan bütün məsələlər həllini tapır… Bu, gördüyümüz işlərin, qəbul edilmiş proqramların nəticəsidir”.

Dövlət proqramlarının uğurlu icrası muxtar respublikada da sosial-iqtisadi inkişafı təmin edib, quruculuq işləri geniş vüsət alıb, kənd yaşayış məntəqələrində də şəhər rahatlığı yaradılıb. İstifadəyə verilən yeni sosial obyektlər kəndlərin inkişafında yeni mərhələnin əsasını qoyub. Kənd infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər Şərur rayonunu da əhatə edib, Kürkənddə yeni sosial obyektlər inşa olunub.

Şərur şəhər - Kürkənd avtomobil yolu

yenidən qurulub

Muxtar respublikanın kənd yaşayış məntəqələrində müasir yol şəbəkələrinin salınması əhalinin rahatlığına xidmət edir. Son illər Şərur rayonunda da bu istiqamətdə kompleks tədbirlər görülüb, mövcud yol infrastrukturu tamamilə təkmilləşdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 16-da Şərur şəhər - Kürkənd avtomobil yolunun açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun yenidən qurulması münasibətilə sakinləri təbrik edib, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, kəndi rayon mərkəzi ilə birləşdirən 4,5 kilometrlik yol genişləndirilərək asfalt örtük salınıb. Yol boyu 2 selötürücü, 47 su keçidi tikilib, 1280 metrlik beton kanal, 158 metr daş hasar və 300 metr metal çəpər çəkilib. Həmçinin müvafiq yerlərdə piyada keçidləri və digər yol hərəkət nişanları quraşdırılıb, avtomobillərin və piyadaların rahat hərəkəti təmin olunub.

Kürkənd tam orta məktəbi yeni binada

fəaliyyət göstərəcək

Fevralın 16-da Kürkənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Məktəbin direktoru Yeganə Seyidova çıxış edərək deyib ki, kəndlərə yeni görkəm, sakinlərə firavanlıq gətirən quruculuq tədbirlərindən Kürkəndə də pay düşüb. Kənd məktəbi üçün yeni bina inşa olunub, maddi-texniki baza xeyli gücləndirilibdir. Bütün bunlar müəllimləri daha məsuliyyətlə çalışmağa, şagirdləri isə yaxşı təhsil almağa ruhlandırır. Yeganə Seyidova yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kürkənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını və kollektivi təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin “Məktəblərdə gənclər nə qədər yaxşı, hərtərəfli hazırlansalar, müstəqil Azərbaycanın gələcəyi də bir o qədər parlaq və müvəffəqiyyətli olacaqdır”, - fikrini xatırladaraq deyib: Bu gün məktəblərdə hazırlanan gənclər ölkəmizin sabahına xidmət edəcəklər. Ona görə də dövlətimiz tərəfindən gənclərin hərtərəfli hazırlanması istiqamətində müvafiq tədbirlər görülür, müasir tələblərə cavab verən məktəb binaları tikilərək istifadəyə verilir.

Ali Məclisin Sədri deyib: Müəllimlər bilməlidirlər ki, onlar ölkənin gələcəyini hazırlayırlar. Gənclərimiz də bilməlidirlər ki, onlar bu gələcəyin təminatçısı kimi yetişməlidirlər. Ona görə də hər bir gənc özünü bu gələcəyə hazırlamalı, yaxşı təhsil almalı, vətənpərvər böyüməlidir. Kürkənd tam orta məktəbində yaradılan şərait, pedaqoji kollektivdə bütün fənlər üzrə müəllimlərin fəaliyyət göstərməsi gənclərin yüksək təhsil almasına və onların hərtərəfli hazırlanmasına imkan verəcəkdir. Məktəbin ötən dövrdəki fəaliyyəti, qazandığı uğurlu nailiyyətlər onu deməyə əsas verir ki, məktəbdə tədris düzgün qurulmuşdur. Burada nizam-intizam, müəllim tələbkarlığı və şagird çalışqanlığı vardır.

Ali Məclisin Sədri qazandıqları nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür edib, onlara gələcək tədrisdə uğurlar arzulayıb, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, 198 yerlik məktəb binasında 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinet, kompyuter, şahmat və müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır. Kürkənd tam orta məktəbinin kitabxanasında kollektivin istifadəsinə 3455 kitab verilib. Həmçinin məktəbin elektron tədris bazası da gücləndirilib, 19 kompyuter dəsti və 3 elektron lövhə quraşdırılıb, internetə çıxış təmin olunub. Bu da dərslərin daha effektiv tədrisinə imkan verəcəkdir.

Elektron lövhəli sinifdə muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi arasında videoəlaqə yaradılıb və distant dərs keçirilib. Muxtar respublikanın 217 təhsil müəssisəsi muzey şəbəkəsinə qoşularaq keçilən dərsi eyni vaxtda izləyib.

Ali Məclisin Sədri birinci sinif şagirdlərinin dərs prosesi ilə də maraqlanıb. Bildirilib ki, 2014-2015-ci tədris ilində Kürkənd tam orta məktəbinin birinci sinfinə 12 şagird qəbul olunub. Sağlam və vətənpərvər gənc nəslin böyüdülməsi müəllimlərin qarşısında duran ən mühüm vəzifədir. Məktəbin hərbi kabineti imkan verəcəkdir ki, ilkin hərbi hazırlıq dərsləri səmərəli tədris olunsun. İdman zalında da şagirdlərin fiziki hazırlıqlarının artırılması üçün hər cür şərait yaradılıb.

Müəllimlərlə görüşən Ali Məclisin Sədri deyib ki, məktəbdə müəllim-şagird nisbətinin uyğun olması tədrisin keyfiyyətinə müsbət təsir göstərib, ali məktəblərə qəbul imtahanlarında nailiyyətlər qazanılıb. Lakin kollektiv bu nailiyyətlərlə kifayətlənməməli, kəmiyyətlə bərabər keyfiyyətə də diqqət yetirilməlidir. Bu gün ölkəmizdə təhsilə göstərilən qayğı, yaradılan şərait imkan verir ki, gənclər dünyanın istənilən universitetində ali təhsillərini davam etdirsinlər. Artıq muxtar respublikadan xarici ölkələrdə təhsil alan gənclərin sayı ilbəil artır. Kürkənd tam orta məktəbinin kollektivi də bu imkanlardan səmərəli istifadə etməli, təhsilli və vətənpərvər gənclər yetişdirilməlidir.

Məktəbin müəllimi Novruz İsmayılov minnətdarlıq edərək deyib ki, Kürkənddə tikilən müasir məktəb binası gələcəyimizə göstərilən qayğıdan xəbər verir. Məktəbdə gənclərin yaxşı təhsil alması üçün hər cür şərait vardır. Bu da müəllimlərin üzərinə mühüm vəzifələr qoyur. Kollektiv bundan sonra da təhsilin səviyyəsinin yüksəldilməsi üçün əzmlə çalışacaqdır.

Məktəb binası müasir işıqlandırma və istilik sistemləri ilə təchiz olunub, fərdi qazanxana quraşdırılıb.

Kürkənddə yeni kənd mərkəzi

istifadəyə verilib

Sakinlərin rahatlığına və dövlət qurumlarının səmərəli fəaliyyətinə təminat verən növbəti kənd mərkəzi Kürkənddə inşa olunub.

Fevralın 16-da kənd mərkəzinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzinin açılışını bildirən lenti kəsdikdən sonra binada yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, mərkəzdə rabitə evi, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, feldşer-mama, baytarlıq və polis sahə məntəqələri, kitabxana, mədəniyyət evi və 60 yerlik iclas zalı yerləşir.

Rabitə evində 384 yerlik yeni ATS quraşdırılıb, poçt şöbəsi yaradılıb. Bu da Kürkənddə xidmətin səmərəli təşkilinə imkan verəcəkdir. Hazırda sakinlər kommunal xidmət haqlarını poçt şöbəsi vasitəsilə asanlıqla ödəyirlər.

Mərkəzin birinci mərtəbəsində yerləşən kitabxana da zəngin fondu ilə seçilir. Burada 4722 kitab vardır. Baxış zamanı kitabxana işinin gücləndirilməsi, xüsusilə ədəbi-bədii gecələrin və kitab müzakirələrinin keçirilməsi barədə tapşırıqlar verilib.

Yeni Azərbaycan Partiyası Kürkənd ərazi ilk təşkilatının 63 üzvü vardır. Onlardan 23-ü gənc, 11-i isə qadındır.

Ali Məclisin Sədri kənddə baytarlıq xidmətinin təşkili ilə maraqlanıb.

Bildirilib ki, 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan olunması baytarlar qarşısında da mühüm vəzifələr qoyur. Fərdi təsərrüfatlarda saxlanılan mal-qaranın cins tərkibin yaxşılaşdırılması, xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və fermerlərin maarifləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Vaxtlı-vaxtında aparılan profilaktik tədbirlərin nəticəsidir ki, Kürkənddə heç bir xəstəlik qeydə alınmayıb.

Feldşer-mama məntəqəsi də lazımi avadanlıq və dərman vasitələri ilə təmin edilib. Mövcud şərait kənddə sakinlərin lazımi tibbi xidmətlə təmin olunmasına imkan verəcəkdir.

Binanın həyətində də geniş abadlıq işləri görülüb, gülkarlıqlar salınıb.

Kənddə yeni xidmət mərkəzi

fəaliyyətə başlayıb

Həmin gün Kürkənddə yeni xidmət mərkəzi də istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını edib, xidmətin təşkili ilə maraqlanıb.

Bildirilib ki, kəndlərdə tikilən yeni xidmət mərkəzləri insanların rahatlığına təminat verən müasir sosial obyektlərdir. Burada sakinlərə müxtəlif məişət xidmətləri göstərilir, sənaye və ərzaq mallarının satışı təşkil olunur. Kürkənddəki xidmət mərkəzində də bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərir. Mərkəzdə 5 nəfər işlə təmin olunub.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri kənd sakinləri ilə görüşüb.

Ali Məclisin Sədri Kürkəndin muxtar respublikanın abad yaşayış məntəqəsinə çevrildiyini bildirib və bu münasibətlə sakinləri təbrik edərək deyib: Kənddə əhalinin rahat yaşaması üçün hər cür şərait yaradılmış, infrastruktur müasirləşdirilmişdir. Bu gün Kürkənddə yeni evlər tikilir, məskunlaşma artır. Bütün bunlar da dövlətimiz tərəfindən yaradılan şəraitin, insan amilinə verilən qiymətin nəticəsidir. Bu şəraitdən səmərəli istifadə etmək, tikilənləri qorumaq, kəndi daha da inkişaf etdirmək isə sakinlərin qarşısında duran əsas vəzifələrdir. Torpaqlar əkilməli, təsərrüfatlar genişləndirilməli, sakinlər öz zəhmətləri ilə nümunə göstərməlidirlər.

Ali Məclisin Sədri gələcəkdə də kəndin inkişafı istiqamətində ardıcıl tədbirlərin görüləcəyini qeyd edib, sakinlərə firavan həyat arzulayıb.

Kənd əhalisi adından minnətdarlıq edən Fəxrəddin Həsənov deyib ki, quruculuq və abadlıq işləri hər bir bölgənin inkişaf göstəricisidir. Son 20 ildə ümummilli lider Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi qədim Naxçıvanın simasını tamamilə dəyişib. Bu gün muxtar respublikanın hansı yaşayış məntəqəsinə nəzər salırsansa, yeniləşmənin, böyük quruculuq işlərinin şahidi olursan. Kəndlərin inkişafı diqqətdə saxlanılır, geniş quruculuq işləri görülür. Artıq kəndlə şəhər arasında fərq yoxdur. İnsanlar rahat yaşayır, öz təsərrüfatları ilə məşğul olur, uşaqlar müasir məktəb binalarında təhsil alırlar. Kürkənddə də kompleks tədbirlər görülüb, kənd yolu yenidən qurulub, məktəb binası tikilib, suvarma tədbirləri yaxşılaşdırılıb. Bu inkişaf və qayğı insanların torpağa bağlılığını artırıb, onların daha əzmlə çalışmasına səbəb olub.

X X X

Kürkənddə geniş abadlıq işləri də aparılıb. Belə ki, kəndin rabitə, elektrik və qaz təchizatı yaxşılaşdırılıb, 2980 metr fiber-optik, 8850 metr yerüstü, 1300 metr yeraltı rabitə və 1300 metr qaz xətti çəkilib, 2,5 kilometrlik elektrik xətti yenilənib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası