Serxio Ramosun vurduğu qolla “Real” çempionluq yolunda vacib qələbə qazanıb
Bakı, 3 iyul, Nicat Məmmədov, AZƏRTAC
İyulun 2-də futbol üzrə İspaniya La Liqasında 33-cü turun son oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Real Madrid” doğma azarkeşlər önündə “Xetafe” komandasını qəbul edib.
Madriddəki “Alfredo Di Stefano” stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 79-cu dəqiqədə penaltidən Serxio Ramos vurub.
Bu qələbə sayəsində xalını 74-ə çatdıran "Real Madrid" ilk pillədə möhkəmlənib və sona 5 tur qalmış ən yaxın izləyicisi “Barselona”dan 4 xal irəlidədir. “Xetafe” isə 52 xalla 6-cı pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]