Səudiyyə Ərəbistanı KİV-ləri Azərbaycan nümayəndə heyətinin bu ölkəyə səfərindən yazır
Ər-Riyad, 28 yanvar, AZƏRTAC
Səudiyyə Xəbər Agentliyi (SPA), “Əl-Riyad” və “Arab News” qəzetləri Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan nümayəndə heyətinin Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun dəfn mərasimində iştirakı barədə xəbərlər yayıb.
Xatırladaq ki, nümayəndə heyətinin tərkibində Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fəttah Heydərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və xarici işlər nazirinin müavini Xələf Xələfov olublar.
Xəbərlərlə aşağıdakı linklərdən tanış olmaq mümkündür:
http://www.spa.gov.sa/English/details.php?id=1319571
http://www.alriyadh.com/1016162
http://www.alriyadh.com/1016161
http://www.arabnews.com/featured/news/694016
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul