SƏUDİYYƏ ƏRƏBİSTANINDA İLK KİNOTEATRDA YALNIZ CİZGİ FİLMLƏRİ GÖSTƏRİLƏCƏK
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda açılacaq kinoteatrda uşaqlar və qadınlar ərəb dilinə tərcümə edilən əcnəbi cizgi filmlərinə baxa biləcəklər. İlk seanslar müqəddəs Ramazan ayı başa çatdıqdan sonra keçiriləcəkdir. “İnterkontinental” mehmanxanasında yeləşəcək yeni kinoteatr 1200 nəfərlikdir. Animasiya filmləri gündə üç dəfə göstəriləcəkdir. İki həftə ərzində 50 minə yaxın adamın cizgi filmlərinə baxa biləcəyi gözlənilir.
Səudiyyə Ərəbistanında kinolentlərin kütləvi nümayişi təxminən 20 il əvvəl dini səbəblərə görə qadağan edilmişdi. O vaxtdan ölkədə bütün kinoteatrlar bağlanmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]
BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]