ŞEYXÜLİSLAM İKT-NİN BAŞ KATİBİ İLƏ GÖRÜŞMÜŞDÜR
Şeyxülislam hörmətli qonağı Azərbaycanın yüksək mükafatı – “Şöhrət” ordeni ilə təltif edilməsi münasibətilə təbrik etdi, onun bu təşkilatla ölkəmiz arasında, habelə Türkiyə və Azərbaycan, ümumən türkdilli dövlətlər arasında əlaqələrin inkişafında böyük xidmətlərini vurğuladı.
Səmimi sözlərə görə təşəkkür edən İkmaləddin İhsanoğlu müstəqillik illərində Azərbaycanda dini dəyərlərin dirçəldilməsi və məscidlərin tikilməsi sahəsində görülən işləri müsbət qiymətləndirdi. Baş katib onu da vurğuladı ki, İKT Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həlli və işğal altındakı torpaqların azad edilməsi məsələsində Azərbaycanı bundan sonra da dəstəkləyəcəkdir.
Şeyxülislam və İKT-nin baş katibi bir-birinə xatirə hədiyyələri təqdim etdilər.