Si Cinpin və Tramp Busan şəhərində Çin-ABŞ münasibətlərini müzakirə edəcəklər
Bakı, 29 oktyabr, AZƏRTAC
ÇXR Sədri Si Cinpin oktyabrın 30-da Pusan şəhərində ABŞ Prezidenti Donald Trampla görüşəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb. “Oktyabrın 30-da Koreya Respublikasının Busan şəhərində ÇXR Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında görüş keçiriləcək. Görüş zamanı tərəflər Çin-ABŞ münasibətləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparacaqlar”, - deyə nazirliyinin saytında yerləşdirilən məlumatda bildirilir.
ÇXR XİN əlavə edib ki, liderlər Çin-Amerika münasibətlərinin mühüm məsələlərini ətraflı müzakirə etməyi planlaşdırır və Pekin onların inkişafına təkan verməyə hazırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə edilir
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]