Sidneydə 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilmişdir
Bakı, 2 aprel (AZƏRTAC). Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Sidneydə 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilmişdir.
Cəmiyyətdən AZƏRTAC-a bildirmişlər ki, Avstraliyanın ən böyük məscidi olan Gelibolu Camesində 3 minədək insanın iştirak etdiyi Cümə namazından əvvəl 31 mart soyqırımı barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, 1918-ci ilin mart və aprel aylarında Stepan Şaumyanın rəhbərlik etdiyi erməni dəstələri tərəfindən 50 mindən çox azərbaycanlı qətlə yetirilmiş, xeyli sayda kənd və qəsəbə yerlə-yeksan edilmişdir.
Sonra soyqırımı qurbanlarının ruhuna dualar oxunmuşdur.
Bundan əlavə, Sidneydə fəaliyyət göstərən “Azərbaycanın səsi” radio proqramının rəhbəri Gülzar Qasımovanın təqdimatında 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş xüsusi veriliş yayımlanmışdır. Verilişdə 31 mart soyqırımı və azərbaycanlılara qarşı törədilmiş digər erməni vəhşilikləri barədə məlumat verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]