SİFƏTİ KÖÇÜRÜLMÜŞ QADIN İLK DƏFƏ MƏTBUAT NÜMAYƏNDƏLƏRİNİN QARŞISINA ÇIXMIŞDIR
Məlum olduğu kimi, öz itinin basqını nəticəsində zədələnmiş qadın üzərində əməliyyat ötən il noyabrın 27-də aparılmışdı. Sifət toxumasının köçürülməsi üzrə çox mürəkkəb əməliyyatı Fransanın Amyen şəhərinin klinikasında həyata keçirilmişdir. Burada təşkil olunmuş mətbuat konfransında İzabel Dinor bildirmişdir ki, həkimlər onu yenidən həyata qaytarmışlar.
Onun sözlərinə görə, sevimli iti Labrador yatdığı yerdə ona hücum etmiş və qadın burnunu, dodaqlarını və çənəsini itirmişdi. Həmin hadisədən sonra iti iynə vuraraq öldürmüşdülər. İ.Dinor demişdir ki, əməliyyatdan üç gün sonra artıq küçəyə çıxmışdır.
Mətbuat konfransının sonunda Dinor həkimlərə və köçürülmə üçün sifətinin toxumaları götürülən ölmüş donorun ailəsinə təşəkkürünü bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]