Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub
Tbilisi, 26 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü Tbilisidə də qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Hərbi Attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, səfirliyin əməkdaşları, Azərbaycan icmasının nümayəndələri Tbilisidəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət ediblər.
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi ehtiramla anılıb, abidəsi önünə gül dəstələri düzülüb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi