Şimal-qərb bölgəsinin dağlıq ərazilərinə qar yağır
Qax, 11 mart, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın şimal-qərb bölgəsi rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Havanın temperaturu xeyli aşağı düşüb. Martın 11-i gecə saatlarından başlayaraq bölgənin dağlıq və dağətəyi ərazilərinə qar yağır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu kəndində hazırda qarın qalınlığı 10 santimetrə çatır.
Yağan qar sakinlər üçün problem yaratmayıb. Kəndin elektrik enerjisi və təbii qazla təchizatı normal qaydada davam edir. Görülmüş tədbirlər nəticəsində Qax-İlisu avtomobil yolunda, eləcə də kənddaxili yollarda nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmayıb.
Hazırda rayonun dağlıq ərazilərində qar yağmaqda davam edir.