Şimali İrlandiyada üsyançı qruplar etiraz aksiyası keçiriblər
London, 8 aprel , AZƏRTAC
Şimali İrlandiyada üsyançı qruplar etiraz aksiyası keçiriblər.
AZƏRTAC xəbər verir ki, Belfast və Derri şəhərlərində, həmçinin Antrimdə bölgənin Birləşmiş Krallığın tərkibində qalmasını istəyən üsyançı qruplarla polis arasında şiddətli toqquşmalar baş verib, avtomobillərə od vurulub və barrikadalar qurublar.
Ötən cümə günü başlayan hadisələrdə 41 polis əməkdaşı yaralanıb, 10 üsyançı isə həbs olunub.
Həmçinin gərginliyin arxasında duran məqamlardan biri də Krallıq ilə Avropa İttifaqı (Aİ) arasında “Brexit” razılaşmasının yaratdığı qeyri-müəyyənlikdir.
Şimali İrlandiya rəhbərliyi hadisələri müzakirə etmək üçün bu gün fövqəladə iclas keçirib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]