Şimali Kiprin Doğu Akdeniz Universitetində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 1 mart (AZƏRTAC). Şimali Kiprin Doğu Akdeniz Universitetində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə bu universitetdəki Azərbaycan Tələbələr Birliyinin nümayəndəsi Elçin Süleymanov Xocalı faciəsi haqqında ətraflı məlumat vermişdir. Erməni silahlı quldurlarının 1992-ci il fevralın 26-da Xocalıda 613 nəfərin xüsusi amansızlıqla qətlə yetirdiklərini, əsir götürülmüş dinc sakinlərin misli görünməmiş zülm və təhqirlərə məruz qaldıqlarını diqqətə çatdırmışdır.
Universitetin rektoru professor A.Öztoprak bildirmişdir ki, Xocalı soyqırımı qurbanlarının xatirəsi hər il Azərbaycanda və digər ölkələrdə ehtiramla anılır. A.Öztoprak Azərbaycanın kədərini və ağrısını paylaşdıqlarını, ermənilərin təcavüzkar siyasətinin türk ictimaiyyəti tərəfindən qətiyyətlə pisləndiyini vurğulamışdır.
Mərasimdə universitetin müəllimləri, azərbaycanlı tələbələr, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]