Şimali Makedoniyada yerli seçkilərin ikinci turu keçirilir
Skopye, 2 noyabr, AZƏRTAC
Şimali Makedoniyada yerli idarəetmə orqanlarına seçkilərdə ikinci tur səsvermə keçirilir.
AZƏRTAC xəbər verir ki, ikinci tur səsvermə 33 bələdiyyəni əhatə edir. Əsas mübarizə isə paytaxt Skopye bələdiyyəsinə seçkilərdədir. Bələdiyyə sədrləri və şura üzvlərini müəyyən etmək üçün 1 milyondan çox seçici səsvermə hüququna malikdir.
Qeyd edək ki, oktyabrın 19-da Şimali Makedoniyada 81 bələdiyyə üzrə sədrlər və şura üzvlərini müəyyən etmək üçün seçkilər keçirilib. Seçkilərdə bələdiyyə sədri vəzifəsi uğrunda 309, ümumilikdə isə 10 min 490 namizəd mübarizə aparıb. İlk turda hakim sağ mərkəzçi “VMRO DPMNE” partiyası rəqibləri üzərində inamlı qələbə qazanıb, 50-dən bələdiyyə üzrə çox səsvermədə birinci olub.
Şimali Makedoniyada hər 4 ildən bir yerli seçkilər keçirilir və bu, sayca 8-cidir. Daha əvvəl 1996-cı, 2000-ci, 2005-ci, 2009-cu, 2013-cü, 2017-ci və 2021-ci illərdə seçkilər baş tutub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Skopye
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]