SİYASƏT
Şimali Osetiya–Alaniya Respublikasının hökumət başçısı Sergey Takoyevin Bakıya səfəri gözlənilir
Bakı, 28 yanvar, AZƏRTAC
Fevralın 2-4-də Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikasının hökumət başçısı Sergey Takoyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri gözlənilir.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Respublikası hökuməti ilə Şimali Osetiya-Alaniya Respublikası hökuməti arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanacaq.
Nümayəndə heyətinə Şimali Osetiya-Alaniya Respublikasının bir sıra nazirliklərinin təmsilçiləri daxil olacaq.