ŞİMALİ OSETİYADA GİROV GÖTÜRÜLMÜŞ UŞAQLARIN ƏKSƏRİYYƏTİ SAĞ OLSA DA, VƏZİYYƏT GƏRGİNDİR
Moskva vaxtı ilə saat 1-də yaraqlılar Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına güllələnmiş girovların cəsədlərini götürməyə icazə vermişlər. Bu zaman yaraqlılardan biri üzərindəki bombanı partlatmış və bu partlayışdan sonra girov saxlanılan uşaq və qadınlar binadan qaçmağa başlamışlar. Yaraqlılar girovların qaçdığı istiqamətdə nizamsız atəş açmışlar və bundan sonra binada daha iki partlayış baş vermişdir.
Rusiya fövqəladə hallar naziri Sergey Şoyqu İTAR-TASS-a bildirmişdir ki, partlayışdan sonra xüsusi təyinatlı dəstələr məktəb binasına daxil olmuş və burada yaraqlılarla atışma başlanmışdır. Xəbər verilir ki, yaraqlılardan altısı öldürülmüş, 13-ü girovlara qarışaraq məktəb binasını tərk etmiş, qalanları isə Şimali Osetiya Daxili İşlər Nazirliyinin qüvvələri ilə şəhər ətrafında intensiv atışma aparırlar.
Hazırda məktəb binasında yaraqlıların və girovların olmadığı bildirilir. 150 uşaq və yeniyetmə Beslan şəhərində təşkil olunmuş səyyar hospitallara çatdırılmışdır. Burada yaradılmış əməliyyat qərargahından alınmış məlumata görə girov götürülmüş uşaqların əksəriyyəti sağdır. Həlak olanların sayı haqqında dəqiq məlumat verilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]