Sinoptiklər xəbərdarlıq edir: Yeni ilin ilk günündə hava şəraiti kəskin dəyişəcək
Bakı, 29 dekabr, AZƏRTAC
Sinoptiklər hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirilib ki, yanvarın 1-i axşamdan 2-si gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 1-2-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]