SİNQAPURDA AİLƏ QURMAQ İSTƏYƏNLƏR QİÇS MÜAYİNƏSİNDƏN KEÇƏCƏKLƏR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Sinqapur hökuməti nikah bağlamaq istəyən ölkə vətəndaşlarını qanlarında QİÇS virusunu məcburi qaydada yoxlamağa cəlb etmək niyyətindədir. Səhiyyə naziri Xu Bun Van əmin olduğunu bildirmişdir ki, əhali yeni tədbiri müsbət qarşılayacaq və dəstəkləyəcəkdir. O demişdir: “Mən özüm üç qız atasıyam, onların nişanlılarının kim olacağını bilmirəm. Xəstəliklə mübarizənin bütün mənəvi və dini cəhətlərini kənara qoyaraq, QİÇS-ə sosial problem kimi baxmaq lazımdır”.
Sinqapurda QİÇS-ə yoluxmuş xəstələrin faizinin Asiya regionunda ən az olmasına baxmayaraq, hökumət bu xəstəliklə mübarizədə profilaktik tədbirləri gücləndirir.
Son tədqiqatlar Asiya qadınlarının QİÇS-ə yoluxma riski qrupuna daxil olduqlarını göstərdikdən sonra Sinqapur hökuməti hamilə qadınların müayinədən keçirilməsinə sərəncam vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]