ŞİRVAN ŞƏHƏRİNDƏ MİNİ FUTBOL İDMAN KOMPLEKSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyunun 13-də Şirvan şəhərində regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq, Gənclər və İdman Nazirliyinin sifarişi ilə tikilmiş mini futbol idman kompleksinin açılışı olmuşdur.
Bu münasibətlə keçirilən mərasimdə şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov Milli Qurtuluş günü ərəfəsində iri idman qurğusunun istifadəyə verilməsini ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi qüdrətli inkişaf strategiyasının uğurla həyata keçirilməsinin bariz nümunəsi adlandırmış, ölkə rəhbərliyinə şəhər sakinləri adından təşəkkür etmişdir.
Gənclər və İdman Nazirliyinin şöbə müdiri Mirkamil Rəhimov öz çıxışında ölkədə idmanın inkişafı üçün düşünülmüş və elmi dəqiqliklə əsaslandırılmış dövlət siyasəti həyata keçirilməsinin real nəticələrinə toxunmuş, qarşıda duran yeni vəzifələr barədə məlumat vermişdir.
Kompleksin açılışını bildirən qırmızı lent kəsilmiş, iştirakçılar idman qurğusu ilə yaxından tanış olmuşlar.
Əsas korpus, məşq salonları və xidmət bölmələrində idmançılar və tamaşaçılar üçün hər cür şərait yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]