Şirvanlılar Xocalıda soyqırımı törədənlərin beynəlxalq məhkəmələr tərəfindən cəzalandırılmasını tələb edirlər
Şirvan, 24 fevral, AZƏRTAC
Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Şirvan şəhər mərkəzi xəstəxanasında keçirilən anma mərasimində erməni cəlladlarının insanlığa sığmayan vəhşilikləri nifrətlə xatırlanıb.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Xocalı faciəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edənlər bildiriblər ki, erməni cəlladları tərəfindən Xocalıda törədilən soyqırımı insanlığa və bəşəriyyətə qarşı ən ağır cinayətlərdəndir. Azərbaycan xalqı zaman-zaman erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb, soydaşlarımız tarixi torpaqlarından qovulub, qaçqına və məcburi köçkünə çevrilib.
Mərasimdə Xocalı soyqırımını törədən erməni cəlladlarının beynəlxalq məhkəmələr tərəfindən cəzalandırılması və bu qırğınlarda birbaşa əli olan sarkisyanların, koçaryanların hərbi cani elan edilməsi tələb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]