Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sitrus bitkilərinin karantin xəstəlikləri və qabaqlayıcı tədbirlər

Sitrus bitkilərinin karantin xəstəlikləri və qabaqlayıcı tədbirlər

Bakı, 2 mart, AZƏRTAC

İmmun sisteminin əsas struktur elementlərindən biri sayılan C vitamini ilə zəngin olan sitrus meyvələri qış aylarında daha çox istehlak edilir. Əsasən tropik və subtropik iqlim şəraitinə malik olan ölkələrdə yetişdirilən sitrus bitkiləri orqanizm üçün faydalı olduğu kimi iqtisadi cəhətdən də böyük əhəmiyyətə malikdir.

Qeyd edək ki, vegetasiya müddətində düzgün qulluq olunmaması, eləcə də əlverişsiz iqlim şəraiti sitrus bitkilərinin də digər bitkilər kimi zərərverici və xəstəlik törədiciləri ilə sirayətlənməsinə səbəb olur.

Sitrus bitkilərinin karantin əhəmiyyətli xəstəliklərinə sitrus tristeza virusu, sitrus bitkilərinin xərçəngi, sitrus bitkilərinin ziyilliliyi və sitrus bitkilərində Malsekko daxildir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzi departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisləri Tərlan Qorçiyeva və Nəzrin Sairbəylinin hazırladığı elmi məqalədə bəhs edilir.

Sitrus bitkiləri üçün iqtisadi cəhətdən təhlükəli viruslardan biri sitrus tristeza virusudur. Şimali və Cənubi Amerika, eləcə də bəzi Aralıq dənizi ölkələrində həmin xəstəlikdən ümumilikdə 10 milyonlarla ağac məhv olub. Virus Asiya mənşəli olub sitrus bitkiləri becərilən əksər ölkələrdə yayılıb. Virusun əsas sahib bitkiləri sitrus bitkiləridir (naringi, portağal, limon, greyfrut, laym və s.). Bitkilərdə yarpaq ayasının saralması, rənginin solğunlaşması, damarların şəffaflaşması və xloroz, meyvələrdə deformasiya, cırlaşma və əmtəəlik görünüşünün itirilməsi xəstəliyin başlıca əlamətlərindəndir. Sirayətlənmiş bitkilərin gövdələrində şişkinliklər, qabığın altında balıq dişi formasında çıxıntılar, xüsusilə turşuluğu çox olan portağal növlərində tumurcuq topasının aşağısında qabarmalar və qabıq üzərində kiçik dəliklərin əmələ gəlməsi müşahidə olunur. Yazda bitkilərin qısa müddətdə solması, yarpaqlarının tökülməsi, cırlaşması və zəifləməsi sitrus tristeza virusunun ən mühüm simptomlarındandır. Güclü sirayətlənmə zamanı virus bitkinin tamamilə qurumasına səbəb olur. Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə laborator müayinələrə cəlb edilmiş sağlam əkin materiallarından istifadə olunmalıdır.

Sitrus bitkilərinin xərçəngi xəstəliyinin törədicisi Xanthomonas citri subps.citri bakteriyasıdır. Xəstəliyin müşahidə edildiyi bitkilər sədokimilər fəsiləsindən olan sitrus və kinkan cinslərinin növlərinə aiddir. Xəstəliyin simptomları isə bitkilərin yarpaq, gövdə və meyvələrində demək olar ki, bir-birinə bənzər olub ləkə və yaralar şəklində özünü göstərir. Sirayətlənmə küləkli, yağışlı havada ağızcıqlar və bitkidə olan mexaniki zədələr vasitəsilə baş verir. Xəstəliyin inkişafı üçün optimal temperatur 28-30 dərəcə C təşkil edir. Bitkilərin müxtəlif hissələrində əmələ gələn ləkə və zədələrin rəngi açıq-sarı, forması qabarıq süngərşəkilli, ölçüsü isə 2-10 millimetr olur. İlk vaxtlar ləkələr dairəvi, sonra isə nizamsız forma alır. Nekrotik toxumanın ətrafında sulu və yağlı haşiyənin müşahidə edilməsi, meyvə və yarpaqların tökülməsi xəstəliyin əsas əlaməti kimi xarakterizə olunur. Xəstəlik ciddi məhsul itkisinə səbəb olur. Buna görə də sitrus bitkilərinin xərçəngi xəstəliyinin yayıldığı ölkələrdən sitrus meyvələri və əkin materiallarının idxalı qadağan olunmalı, həmçinin xəstəliyə qarşı davamlı sortlar seçilməlidir.

Sitrus bitkilərinin ziyilliliyi göbələk mənşəli xəstəlikdir. Xəstəliyə portağal, qreypfrut, limon və naringi sortlarında rast gəlinir. Xəstəlik əsasən yağış suları, həşərat və küləklə ötürülən su damcıları ilə yayılır. Patogenin inkişafı üçün optimal temperatur 20-21 dərəcə C-dir. Yaz fəslində yarpaqlarda və zoğlarda kiçik, qabarıq, həlqəvi, açıq sarı rəngli ləkələr müşahidə olunur. Yarpaq və zoğlar inkişaf etdikcə həmin ləkələr böyüyüb sarı çəhrayı rəngli ziyillərə çevrilir. Xəstə yarpaqlar büzüşür və asimmetrik forma alır. Güclü sirayətlənmiş zoğlar inkişafdan qalır, əyilir və məhv olur, meyvələrdə isə çəhrayı-sarı rəngli ziyillər əmələ gəlir. Nəticədə meyvələrin keyfiyyəti aşağı düşür, məhsuldarlıq azalır. Bunun qarşısını almaq üçün sitrus tinglərinin laborator müayinəsi aparılmalı, xəstəliyə qarşı davamlı sortlar əkilməli və müvafiq fungisidlərdən istifadə edilməlidir.

Sitrus bitkilərinin digər karantin əhəmiyyətli xəstəliyi Malsekko yoluxucu qurumadır. Xəstəliyin törədicisi bitkinin bütün hissələrini sirayətləndirib qurumasına səbəb olan Phoma tracheiphila göbələyidir. Bu göbələk bitkilərin budaq və köklərinə zədələnmiş yerlərdən, yarpaqlara isə ağızcıq hüceyrələrindən daxil olur. Göbələyin inkişafı üçün optimal temperatur 20-25 dərəcə C, nisbi rütubət 65-95 faizdir. Malsekko adətən oktyabr-mart aylarında yayılır. Ən çox yayılma isə oktyabrda müşahidə edilir. Göbələyin sporları yağış və külək vasitəsilə yayılır. Malsekkonun ilk əlamətləri yarpaqların saralması ilə özünü göstərir. Bu görünüş xəstəliyin ən tipik əlamətidir. Piknosporlar su keçirici borular olan ksilema toxuması vasitəsilə aşağı, qalın çoxillik budaqlara doğru hərəkət edir. Beləliklə, kökə çatan xəstəlik bütün ağacın qurumasına səbəb olur. Yeni qurumuş budaqların en kəsiyində müşahidə edilən narıncı-tünd qəhvəyi rəng xəstəliyin xarakterik əlamətlərindən biridir. Xəstəliyə əsasən limon, naringi və portağal bitkilərində rast gəlinir. Malsekko limon sortlarına və onun hibridlərinə isə daha çox ziyan vurur. Limonda məhsuldarlıq 25 faizə qədər azala bilir. Bitkiləri həmin xəstəlikdən qorumaq üçün ilk növbədə əkin zamanı sağlam və davamlı sortların tinglərindən istifadə edilməlidir. Eyni zamanda, ağaclara davamlı nəzarət olunmalı, xəstəliyin əlamətləri müşahidə edilən budaqlar kəsilərək yandırılmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq