Azərbaycan Dövlət İnformasiya Agentliyi

Siyasi ekspert: Rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməlidir

Siyasi ekspert: Rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməlidir

Bakı, 8 oktyabr, AZƏRTAC

Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Avropa İttifaqı Şurası Prezidentinin vasitəçiliyi və Fransanın dövlət başçısının iştirakı ilə Praqada keçirilən görüşün nəticələri barədə fərqli yanaşmalar var. Bu yanaşmaların bir hissəsi prosesin informatik, görünən hissəsinin dəyərləndirilməsi üzərində qurulsa da, müəyyən bir qismi ictimai rəyə məqsədyönlü yanlış mesajların verilməsinə xidmət edir.

İndi Azərbaycan vətəndaşlarının böyük əksəriyyətini Praqada keçirilən görüşdə baş verənlər və yekun bəyanatda diplomatik dillə ifadə olunan bəzi məqamların daha aydın şərh edilməsi maraqlandırır.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, Brüsseldə keçirilən sonuncu görüşdən əvvəl və sonra Ermənistan nəyin bahasına olursa-olsun, ATƏT-in uğursuz Minsk qrupu formatını, daha dəqiq desək, həmsədrlik institutunu diriltməyə çalışır və müxtəlif bəhanələrlə prosesin uzadılmasına, əldə olunmuş razılaşmaların yerinə yetirilməməsinə çalışırdı. Amma buna nail ola bilmirdi və bilmədi də. Ermənistanın və təhrikçilərinin bu istəyi Praqada da həyata keçmədi və Emannuel Makron Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi deyil, sadəcə, müti, qorxaq Ermənistanın vəkilliyini edən, konkret tərəfin yanında dayanan, yaxud özlərinin də böyük məmnuniyyətlə dilə gətirdikləri kimi “böyük bacı” missiyasını yerinə yetirən Fransanın Prezidenti kimi qatılmaq məcburiyyətində qaldı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, görüşdə mahiyyət etibarilə yenə də format dəyişikliyi baş vermədi. Şarl Mişel vasitəçiliyini etdi, Paşinyan və Makron “ikisi birində” və təkrarlanmasına ehtiyac duymadığım statusda çıxış etdilər, səs səsə verdilər, “böyük bacı” “kiçik bacı”nı “qaza gətirməyə”, “kiçik bacı” “böyük bacı”dan aldığı “qazla” özünü daha qətiyyətli göstərməyə çalışdı, amma nəticəsi olmadı. “Məsələnin mahiyyətini daha dərindən anlamaq üçün bu qədər sarkazmın yetərli olacağını düşünürəm. Mətləb isə ondan ibarətdir ki, təkbətək görüşlərdə özünü ifadə, ölkəsinin mövqeyini müdafiə edə bilməyən Nikol Paşinyan görüşə vəkili ilə birlikdə qatılmışdı. Bunun isə önəmli tərəfi ondan ibarətdir ki, Fransa bundan sonra heç bir halda özünü “vasitəçi” adlandıra bilməyəcək. Bununla yanaşı, hesab edirəm ki, görüşdən öncə iki qardaşın verdiyi mesajlar “iki bacı”nın öz yerlərini bilmələri üçün yetərli idi. Beş saatdan çox davam edən və 2 hissədən ibarət olan görüşdə bütün təzyiq və təxribatların qarşısı qətiyyətlə alındı, hiylə və məkrin “detallarda gizlənməsinə” imkan verilmədi”, - deyə E.Mirzəbəyli diqqətə çatdırıb.

Siyasi ekspert bildirib ki, görüşdən sonra açıqlanan yekun bəyanatda BMT Nizamnaməsinə istinad olunmaqla, Azərbaycan və Ermənistanın bir-birilərinin ərazi bütövlüklərini və suverenliklərini tanıdıqları qeyd olundu. Bu isə Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğu faktının bir daha təsdiqlənməsi və reallığın həm Ermənistan, həm Fransa, həm də Avropa İttifaqı tərəfindən qəbul edilməsi deməkdir.

BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində qeyd olunur ki, bütün üzv dövlətlər öz beynəlxalq münasibətlərində, hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı və ya Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinirlər. BMT Nizamnaməsində yer alan təməl istiqamətlərdən biri dövlətlərin suveren bərabərliyi prinsipidir. “Suveren bərabərlik” prinsipinə isə aşağıdakı anlayışlar daxildir: Dövlətlər hüquqi baxımdan bərabərdirlər; hər bir dövlət tam suverenliyə xas olan hüquqlardan istifadə edir; hər bir dövlət digər dövlətlərin müstəqil hüququn subyekti olduğuna hörmət etməyə borcludur; dövlətin ərazi bütövlüyü və siyasi müstəqilliyi toxunulmazdır; hər bir dövlət öz siyasi, sosial, iqtisadi və mədəni sistemlərini sərbəst seçmək və inkişaf etdirmək hüququna malikdir; hər bir dövlət öz beynəlxalq öhdəliklərini tam və vicdanla yerinə yetirməyə və digər dövlətlərlə sülh şəraitində yaşamağa borcludur.

Göründüyü kimi, dövlətlərin bir-birilərinin ərazi bütövlüklərini və suverenliklərini qarşılıqlı şəkildə və həm də BMT Nizamnaməsinə istinad etməklə tanıdıqlarını bəyan etmələri, onların üzərinə yuxarıda iqtibas gətirdiyim öhdəlikləri qoyur ki, bu da sülh prosesinin irəliyə doğru aparılması üçün olduqca vacib məqamdır.

E.Mirzəbəylinin sözlərinə görə, Praqada keçirilən görüşün nəticələri ilə bağlı açıqlanan yekun bəyanatda diqqət çəkən önəmli məqamlardan biri də, şübhəsiz ki, sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsinin razılaşdırılmasıdır. Bu isə öz növbəsində, sülh müqaviləsinin tez bir zamanda intensiv müzakirəyə çıxarılması üçün vacib məqam hesab oluna bilər. Görüşdən əvvəl Avropa İttifaqının və Fransanın Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək niyyətləri vardı, amma Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində bu istəklərini həyata keçirə bilmədilər. Əldə olunan razılığa əsasən, bu missiya Ermənistan ərazisində yerləşəcək və şübhəsiz ki, öz ərazisində kənar qüvvələrin yerləşdirilməsinə görə, rəsmi İrəvan ikitərəfli və çoxtərəfli müqavilələrlə öhdəlik götürdüyü dövlətlər qarşısında cavab verməli olacaq. Ermənistanın bu addımı sözügedən ölkənin suveren dövlət olmadığını, geosiyasi proseslərin alqoritminə uyğun olaraq qütbdən-qütbə yuvarlandığını bir daha sübuta yetirir.

Siyasi ekspert bildirib ki, Praqada əldə olunan razılaşmalarla bağlı ictimailəşdirilən bəyanatda Zəngəzur dəhlizi, eləcə də 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin icrası ilə bağlı məsələlərə toxunulmayıb. Bu da təbii qəbul olunmaldır. Çünki ortalıqda dövlətlətlərarası sənəd statusuna malik olan imzalanmış bəyannamə var və Ermənistanın bu bəyannamə ilə üzərinə götürdüyü öhdəliklər heç bir halda prosesdən kənar oyunçularla müzakirə oluna bilməz. Yəni, Ermənistanın Azərbaycanla imzaladığı sənədlərdə yer alan prinsiplər müzakirə mövzusu deyil və rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb