SKAUTLARIMIZ BMT-NİN YENİ PROQRAMINDA FƏAL İŞTİRAK EDƏCƏKLƏR
BMT baş katibinin şəxsən nəzarət etdiyi və Dünya Bankının, habelə digər beynəlxalq qurumların dəstəklədikləri layihə çərçivəsində planetin müxtəlif ölkələri gənclərinin işədüzəlmə proqramlarına fəal cəlb olunması nəzərdə tutulur.
Layihədə Azərbaycan tərəfindən əmək və əhalinin sosial müdafiəsi, gənclər, idman və turizm nazirlikləri yaxından iştirak edəcəklər.
J.Kastinyon bildirmişdir ki, ölkəmizə səfərinin başlıca məqsədlərindən biri bu layihənin gerçəkləşdirilməsi ilə əlaqədar daha səmərəli fəaliyyət planları hazırlamaq üçün respublikamızda skaut hərəkatının imkanları ilə tanış olmaqdır.
O demişdir: ”Biz Azərbaycan hökumətinin ölkənizi bu layihəni gerçəkləşdirən aparıcı dövlətlər siyahısına daxil etmək təşəbbüsünü dəstəkləyirik. Mən əminəm ki, “Gənclər, məşğulluq və iş” layihəsi respublikanıza fayda gətirəcəkdir”.